100 milyonlarla dollar xoşbəxtlik gətirmədi: "Trendyol"un qurucu cütlüyü boşandı


Digərləri 30 Apr 2021 15:44:00 150 0

100 milyonlarla dollar xoşbəxtlik gətirmədi: "Trendyol"un qurucu cütlüyü boşandı

"Trendyol"un qurucu cütlüyü ayrılıb.

Son.az azxeber.com-a istinadən xəbər verir ki, Demet Mutlu və həyat yoldaşı Evren Üçokun boşanıb.

"Sabah" qəzetinin yazarı Bülent Cankurt dünənki köşə yazısında "Sakitcə boşandılar" başlıqlı bir məqalə yazıb. Cütlüyün ilk cəhddə boşandıqlarını qeyd edən Cankurt bildirib ki, Demet Mutlu və Evren Üçokun dostluqlarını və iş ortaqlıqlarını davam edə biləcəklər.

Qeyd edək ki, 2010-cu ilin martında yaradılan "Trendyol" ilk 16 ayda 150 milyon dollar dəyərində bir şirkətə çevrilmışdi. 2018-ci ildə isə 75 faizini Çinin nəhəng ticarət mərkəzi olan "Alibaba"ya 728 milyon dollara satılıb. Amma cütlüyün iş həyatındakı bu nailiyyətlər özəl həyatlarında özünü göstərə bilməyib.