Bakı Ali Neft Məktəbinin əməkdaşlarının vaksinasiyasına başlanılıb


Digərləri 30 Apr 2021 14:54:00 163 0

Bakı Ali Neft Məktəbinin əməkdaşlarının vaksinasiyasına başlanılıb

Bakı Ali Neft Məktəbinin əməkdaşlarının "COVID-19" infeksiyasına qarşı kütləvi şəkildə vaksinasiya prosesinə başlanılıb.

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Bakı Ali Neft Məktəbinin əməkdaşlarının "COVID-19" infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.

Mövcud pandemiya şəraitində dövlət tərəfindən planlı vaksinasiyanın aparılması "Azərbaycan Respublikasında "COVID-19" xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası" ilə tənzimlənir.

Bu strategiyaya görə, təhsil sektorunda çalışanlar yüksək risk qrupuna aid olunur. Bunu nəzərə alaraq, indiyədək Ali Məktəbin əməkdaşlarından 100 nəfərdən çoxu peyvənd olunub.

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə start verilib.