Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb


Siyasət 30 Apr 2021 14:40:00 77 0

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Müqəddəs Pasxa bayramı münasibətilə sizi - Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin multikultural dəyərlərə, tolerantlıq ənənələrinə və nümunəvi dövlət-din münasibətləri modelinə malik olan ölkəmizdə ayrı-ayrı xalqların və konfessiyaların nümayəndələri yüz illərdir ki, mehriban qonşuluq, dostluq və qardaşlıq mühitində vahid ailə kimi yaşayırlar. Cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanılması, qarşılıqlı hörmətə və etimada əsaslanan birgəyaşayış mədəniyyətinin təşviqi həyata keçirdiyimiz dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Müasir dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən Azərbaycanda dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlarımız, o cümlədən pravoslav xristianlar ölkədə gedən böyük quruculuq işlərində və respublikamızın sosial-mədəni həyatında fəal iştirak edirlər. Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunmasında xristian həmvətənlərimizin xidmətlərini yüksək qiymətləndirirəm. İnanıram ki, onlar Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə qüvvələrini səfərbər edərək bundan sonra da əzmlə çalışacaqlar.

Pasxa bayramı paklığı, yeniliyi, dirçəlişi və xeyirxahlığı təcəssüm etdirir. Bu əziz gündə bir daha hər birinizə xoş bayram ovqatı, ailələrinizə əmin-amanlıq, xoşbəxtlik və rifah arzulayıram.

Bayramınız mübarək olsun!".

Elariz Məmmədoğlunun yeni görüntüləri like
  • 30 Apr 14:34  
Şou-biznes Elariz Məmmədoğlunun yeni görüntüləri

Son.az bax tv-yə istinadən ABŞ-a köçən Elariz Məmmədoğlunun yeni görü

arrow Ətraflı
Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilir like
  • 30 Apr 14:29  
Digərləri Gəncədə şəhidlərin xatirəsinə abidə kompleksi inşa edilir

Gəncədə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhi

arrow Ətraflı
Bu evlər 1 avroya satılır like
  • 30 Apr 14:24  
Digərləri Bu evlər 1 avroya satılır

İtaliyanın Sicilya bölgəsinin "Castiglione" ərazisində yaşayı

arrow Ətraflı
Rusiyada heyvanlar üçün koronavirus vaksini qeydiyyata alınıb like
  • 30 Apr 14:19  
Dünya Rusiyada heyvanlar üçün koronavirus vaksini qeydiyyata alınıb

Rusiyanın "Heyvanların Sağlamlığının Mühafizəsi Federal Mərkəzi&

arrow Ətraflı
Fitch Agentliyi də Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi like
  • 30 Apr 14:15  
Digərləri Fitch Agentliyi də Azərbaycan Beynəlxalq Bankının reytinqlərini yüksəltdi

Fitch Ratings Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Beynəlxalq Bankının r

arrow Ətraflı
"Həbsxana mənə yaxşı təsir etdi" like
  • 30 Apr 14:14  
Şou-biznes "Həbsxana mənə yaxşı təsir etdi"

Müğənni Halil Sezai maraqlı açıqlaması ilə diqqət çəkib.

arrow Ətraflı
Rus jurnalist Paşinyanı çaşbaş qoydu like
  • 30 Apr 14:09  
Digərləri Rus jurnalist Paşinyanı çaşbaş qoydu

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Kazan şəhərində Avrasi

arrow Ətraflı
Bakıda yeni marşrut xətti təşkil edilib like
  • 30 Apr 14:04  
Digərləri Bakıda yeni marşrut xətti təşkil edilib

Paytaxtın yeni salınan iki yaşayış massivini əlaqələndirən marşrut

arrow Ətraflı
Boşandıqları deyilirdi SƏMİMİ GÖRÜNTÜLƏRİ yayıldı like
  • 30 Apr 13:59  
Şou-biznes Boşandıqları deyilirdi SƏMİMİ GÖRÜNTÜLƏRİ yayıldı

Bir müddət öncə məşhur cütlük Nagehanla Fərid Abdullayev boşanma xəb

arrow Ətraflı
Burada söhbət tək qadınkişi sevgisindən getmir" like
  • 30 Apr 13:54  
Şou-biznes Burada söhbət tək qadınkişi sevgisindən getmir"

Müğənni Roza Zərgərli "Я влюбилась" adlı mahnısına

arrow Ətraflı
Azərbaycan bu prinsip əsasında Litva ilə əməkdaşlığa hazırdır like
  • 30 Apr 13:51  
Siyasət Azərbaycan bu prinsip əsasında Litva ilə əməkdaşlığa hazırdır

Azərbaycan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi

arrow Ətraflı