Bu evlər 1 avroya satılır


Digərləri 30 Apr 2021 14:24:00 153 0

Bu evlər 1 avroya satılır

İtaliyanın Sicilya bölgəsinin "Castiglione" ərazisində yaşayış evləri 1 avrodan satışa çıxarılıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, 1900-cü ildə 14 minə yaxın əhalisi olan bölgədə hazırda 3 min sakin yaşayır.

Əhali sayını artırmaq üçün evlər ucuz qiymətə təklif edilir. Təmiri yüksək səviyyədə olan mənzillərin qiyməti isə 4-5 min avro arasında müəyyən edilib.

Eyni evə bir və ya daha çox şəxs alıcı çıxarsa, o zaman mənzil hərraca çıxarılacaq. Lakin bu mülklərə sahib olanlar mütləq 4 min avroluq sığorta ödənişi etməlidirlər.