Rusiyada heyvanlar üçün koronavirus vaksini qeydiyyata alınıb


Dünya 30 Apr 2021 14:19:00 132 0

Rusiyada heyvanlar üçün koronavirus vaksini qeydiyyata alınıb

Rusiyanın "Heyvanların Sağlamlığının Mühafizəsi Federal Mərkəzi" heyvanlar üçün koronavirusa qarşı vaksin istehsal edib.

Son.az Trend-ə istinadən bildirir ki, ilk vaksin partiyası 17 min doza təşkil edib.

Qeyd olunur ki, "Karnivak-Kov" vaksini ilkin olaraq ayda 3 milon doza həcmində buraxılacaq.

Vaksin ev heyvanları və digər heyvanlar üçün profilaltika xarakter daşıyır.

Bu, dünyada heyvanlar üçün qeydiyyata alınan ilk koronavirus vaksinidir.