Qazaxıstanda koronavirusa daha 2 853 nəfər yoluxub


Dünya 30 Apr 2021 13:14:00 106 0

Qazaxıstanda koronavirusa daha 2 853 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 853 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 319 818 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 273 915 nəfəri sağalıb, 3 668 nəfəri isə vəfat edib.