Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxladı


Digərləri 30 Apr 2021 12:10:00 135 0

Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlərini dəyişməz saxlayıb.

Son.az bu barədə Banka istinadən xəbər verir.

Qərara əsasən, uçot dərəcəsi 6,25 faiz, dəhlizin aşağı həddi 5,75 faiz, yuxarı həddi isə 6,75 faiz səviyyəsində saxlanılıb.

Bu qərar risklər balansında əhəmiyyətli dəyişikliklər və iqtisadi fəaliyyətin dəstəklənməsi üçün prioritetlərin bərabərləşdirilməsi fonunda qəbul edilib.