ABŞ region üçün hansı "sürprizi" hazırlayır?


Siyasət 30 Apr 2021 12:31:00 118 0

ABŞ region üçün hansı "sürprizi" hazırlayır?

"44 günlük müharibə zamanı varlığı-yoxluğu bilinməyən ABŞ-ın birdən-birə regionda fəallaşmasının bir neçə səbəbi var".

Bunu Son.az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

Amerikalı analitik bildirib ki, ABŞ JCPOA-ya mane olan ölkələrə təzyiq göstərəcək:

"Birincisi, erməni lobbistləri tərəfindən erməni soyqırımının tanınmasının əsl səbəblərindən biri, erməni lobbisinin Co Baydenə seçkilərdəki dəstəyinin geri qaytarılmasıdır. İkincisi, ABŞ rəhbərliyinin Türkiyə ilə problemləri var. Bu səbəbdən bu gərginliyi Türkiyənin qonşuları ilə müttəfiqlik üzərində öz xeyirlərinə çevirirlər. Üçüncüsü, İran məsələsidir. Ermənistan və Əsəd hər ikisi İranın müttəfiqi kimi tanınır. Amerika rəhbərliyin əsas istəyi, ən qısa müddətdə JCPOA-ya (Birgə Hərtərəfli Fəaliyyət Planı) qayıtmağı təmin etməkdir, Buna görə buna potensial olaraq mane olmağa çalışan ölkələrə az da olsa təzyiq göstərəcəklər.

Təhməz Əsədov Son.az