“Qarabağa dönüş” adlı ictimai birlik yaradıldı


Siyasət 30 Apr 2021 12:37:00 73 0

“Qarabağa dönüş” adlı ictimai birlik yaradıldı

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi ictimaiyyətə müraciət edib.

Birlikdən Son.az-a verilən məlumata görə, müraciətdə deyilir:

"Əziz həmvətənlər!

2006-cı ildə ictimai birlik kimi qeydiyyata alınmış "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" öz fəaliyyəti dövründə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, 1 milyondan artıq azərbaycanlının öz ata-baba yurdlarından qovularaq etnik təmizləməyə, soyqırımına məruz qalması, mədəni və dini irsimizin sistematik şəkildə dağıdılmasının işıqlandırılmasında, Ermənistanın işğalçı siyasətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət aparmışdır. Bu illər ərzində icma üzvləri ölkə daxilində və kənarda keçirilən çoxsaylı görüşlərdə, səfərlərdə, təşkil olunan konfranslarda həmişə Ermənistanın işğalı nəticəsində azərbaycanlı məcburi köçkünlərin pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasına diqqət çəkmişdir.

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq, biz heç vaxt öz dədə-baba torpaqlarımıza qayıdacağımıza olan inamımızı itirməmişdik. Biz mütəmadi olaraq sülh şəraitində birgəyaşayış çağırışları etsək də, təəssüf ki, bu çağırışlara Ermənistan və Qarabağın erməni icması tərəfindən müsbət cavab verilməmişdir.

Nəhayət ki, ötən il 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Qarabağımız işğaldan azad edildi, milyonlarla insanın 30 illik vətən həsrətinə son qoyuldu. Ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa edildi. İşğalçı Ermənistan ordusu darmadığın edilərək torpaqlarımızdan çıxarıldı və bu zəfər xalqımızın tarixinə qızıl hərflərlə həkk edildi. Cənab Prezident həm döyüş meydanında, həm diplomatiyada, həm də informasiya müharibəsində ölkəmizin qalibiyyətini təmin etdi. Uzun illərdir gözlədiyimiz xəyallarımız gerçəkləşdi və Azərbaycan öz əzəli və tarixi hissəsi olan Qarabağa qovuşdu.

Bundan sonra həm Azərbaycan, həm də onun tərkib hissəsi olan Qarabağ yeni tarixi mərhələyə qədəm qoymuşdur. Artıq "Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi və onun statusu anlayışı yoxdur. Çoxmillətli və multikultural ölkəmizdə yaşayan bütün milli azlıqlar kimi ermənilər də Azərbaycanda fərdi vətəndaşlar olaraq sərbəst şəkildə yaşayacaqlar.

Vətən Müharibəsindən sonra yaranmış yeni reallıqda "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" və "Dağlıq Qarabağ bölgəsinin erməni icması" anlayışları öz aktuallığını və ictimai əhəmiyyətlərini itirib. Bütün bunları nəzərə alaraq, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyi 30 aprel 2021 ci il tarixdə iclas keçirərək, təşkilatın buraxılmasına qərar vermişdir.

Bundan sonrakı fəaliyyətimizi Prezident İlham Əliyevin rəhbərliyi altında tarixi və əzəli torpaqlarımıza böyük qayıdışın uğurla başa çatdırılmasına, Qarabağımızın dirçəldilməsinə yönəldəcəyik.

Biz əminik ki, qısa zamanda Qarabağ ölkəmizin ən inkişaf etmiş yerlərindən birinə çevriləcək. Ermənistanın işğalı dövründə dağıdılmış bütün şəhər və kəndlərimiz, mədəni və tarixi abidələrimiz, məscidlərimiz bərpa olunacaq. Xalqımız üçün xüsusilə əziz olan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri müzəffər Ali Baş Komandanımızın da dediyi kimi nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizin iqtisadi, sosial və humanitar həyatına reinteqrasiyasının və Azərbaycan Respublikasının qanunları çərçivəsində yaşayışının təmin edilməsi istiqamətində müvafiq işlər həyata keçiriləcək.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, bu müqəddəs missiyanı dəstəkləmək üçün "Qarabağa dönüş" adlı ictimai birliyin yaradılmasını bəyan edirik".

Saxta əlillik təyinatı like
  • 30 Apr 12:34  
Digərləri Saxta əlillik təyinatı

Ötən il 80 min müraciətin 25 mini təsdiqini tapıb

arrow Ətraflı
Xırdalanda avtobus sürücüsünü döyən şəxsin üzr like
  • 30 Apr 12:32  
Digərləri Xırdalanda avtobus sürücüsünü döyən şəxsin üzr

Xırdalanda avtobus sürücüsünü döyən şəxs saxlanılıb.

arrow Ətraflı
ABŞ region üçün hansı "sürprizi" hazırlayır? like
  • 30 Apr 12:31  
Siyasət ABŞ region üçün hansı "sürprizi" hazırlayır?

"44 günlük müharibə zamanı varlığı-yoxluğu bilinməyən ABŞ-ın b

arrow Ətraflı
Tanınmış teleaparıcı məişət zorakılığı ilə üzləşib like
  • 30 Apr 12:29  
Şou-biznes Tanınmış teleaparıcı məişət zorakılığı ilə üzləşib

Amerikalı məşhur teleaparıcı Opra Uinfri uşaqlıq illərini xatırlayıb.

arrow Ətraflı
Behrudinin qardaşı oğlunun intiharı ilə bağlı ŞOK FAKTLARI AÇDI: like
  • 30 Apr 12:27  
Digərləri Behrudinin qardaşı oğlunun intiharı ilə bağlı ŞOK FAKTLARI AÇDI:

Tanınmış şair Rüstəm Behrudinin bir neçə gün öncə intihar edən qarda

arrow Ətraflı
Gözləyirik  Görəsən gələcək? like
  • 30 Apr 12:25  
Digərləri Gözləyirik Görəsən gələcək?

Ümid, gözlənti, həsrət, intizar, darıxma hissi...

arrow Ətraflı
Mağaza sahibini döyüb, mağazada soyğunçuluq etdi like
  • 30 Apr 12:24  
Digərləri Mağaza sahibini döyüb, mağazada soyğunçuluq etdi

Kürdəmirdə mağaza sahibini döyərək kassadan pul və konturları aparan ş

arrow Ətraflı
Yaşayış yerini tərk edən daha 5 koronavirus xəstəsi saxlanılıb like
  • 30 Apr 12:19  
Digərləri Yaşayış yerini tərk edən daha 5 koronavirus xəstəsi saxlanılıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 29-da respub

arrow Ətraflı
Aktrisa əsrarəngiz bədən quruluşu ilə gündəm oldu like
  • 30 Apr 12:14  
Şou-biznes Aktrisa əsrarəngiz bədən quruluşu ilə gündəm oldu

Populyar Hollivud aktrisası və iş adamı Qvinet Peltrou gözəl bədən qurul

arrow Ətraflı
9 və 11ci sinif şagirdlərinin like
  • 30 Apr 12:11  
Digərləri 9 və 11ci sinif şagirdlərinin

9-cu və 11-ci sinif şagirdləri üçün "Azərbaycan dili" (dövlət

arrow Ətraflı
Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxladı like
  • 30 Apr 12:10  
Digərləri Mərkəzi Bank uçot dərəcəsini dəyişməz saxladı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti faiz dəhlizi parametrlə

arrow Ətraflı
Ögey atası tərəfindən döyülən azyaşlının səhhəti ilə bağlı xəbər var like
  • 30 Apr 12:09  
Digərləri Ögey atası tərəfindən döyülən azyaşlının səhhəti ilə bağlı xəbər var

Yevlaxda 5 yaşlı uşağın döyülərək zorakılığa məruz qalması haqda x

arrow Ətraflı
Arvadım yemək hazırlayırdı, üstünə qaynar su tökdü... like
  • 30 Apr 12:07  
Dünya Arvadım yemək hazırlayırdı, üstünə qaynar su tökdü...

Aprelin 25-də 40-a yaxın ermənidən ibarət qrup Sent-Dye-de-Voj şəhərind

arrow Ətraflı
Bakıda qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır like
  • 30 Apr 12:04  
Digərləri Bakıda qadını qətlə yetirən şəxsin məhkəməsi başlayır

Bakıda qadını bıçaqlayaraq qətlə yetirən şəxsin barəsində olan cinay

arrow Ətraflı
QırğızıstanTacikistan sərhədində yenidən atışma başlayıb like
  • 30 Apr 12:02  
Dünya QırğızıstanTacikistan sərhədində yenidən atışma başlayıb

Qırğızıstanla Tacikistan sərhədində atışma yenidən başlayıb.

arrow Ətraflı