Dünyada koronavirusa yoluxanların sayı 150 milyonu ötdü


Dünya 30 Apr 2021 08:17:00 110 0

Dünyada koronavirusa yoluxanların sayı 150 milyonu ötdü

Dünyada koronavirusa (COVİD-19) yoluxanların sayı 150 milyon nəfəri ötüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Bildirilir ki, dünyada koronavirusa yoluxanların sayı 150 102 206 nəfərə çatıb, koronavirusa yoluxanlardan 3 161 637 nəfəri ölüb, 87 240 794 nəfəri isə sağalıb.

Universitetin hesablamalarına əsasən, dünya ən çox yoluxma halları ABŞ (32 283 801), Hindistan (18 376 524) və Braziliyada (14 590 678) qeydə alınıb.