Dünyada ötən sutka koronavirusa 870 mindən çox yoluxma qeydə alınıb ÜST


Dünya 30 Apr 2021 07:55:00 137 0

Dünyada ötən sutka koronavirusa 870 mindən çox yoluxma qeydə alınıb  ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 870 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 870 419 nəfər yeni koronavirusa yoluxub, 14 886 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 149 216 984, ölənlərin isə 3 144 028 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.