Tacikistanla sərhəddə baş verən münaqişədə 13 Qırğızıstan vətəndaşı ölüb


Dünya 30 Apr 2021 07:44:00 97 0

Tacikistanla sərhəddə baş verən münaqişədə 13 Qırğızıstan vətəndaşı ölüb

30.04.2021

07:44

Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində 13 Qırğızıstan vətəndaşı ölüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən bildirilib ki, toqquşmalar nəticəsində xəsarət alanların ümumi sayı 134 nəfərə çatıb.

----------

01:59

Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində xəsarət alan Qırğızıstan vətəndaşlarının sayı 96 nəfərə çatıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu Səhiyyə Nazirliyinin Batken vilayəti üzrə koordinatoru Arzıbek Borubekov deyib.

Onun sözlərinə görə, xəsarət alanlardan 38 nəfəri paytaxtdakı xəstəxanalara göndərilib.

Xatırladaq ki, daha əvvəl 3 nəfərin öldüyü, 51 nəfərin yaralandığı bildirilirdi.

Qeyd edək ki, ötən gün Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər. Bu gün yerli vaxtla saat 20:00-dan atəşkəs elan olunub.

----------------

29.04.2021

23:14

Tacikistanla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində biri uşaq olmaqla 3 Qırğızıstan vətəndaşı ölüb.

Trend-in məlumatına görə, bu barədə "AKİ-press" agentliyinə Qırğızıstanın səhiyyə və sosial inkişaf nazirinin müavini Jalaladin Rəhmətullayev deyib.

J.Rəhmətullayev bildirib: "Tacikistanla sərhəddə silahlı toqquşmalar nəticəsində 2008-ci il təvəllüdlü bir uşaq da daxil olmaqla üç nəfər Qırğızıstan vətəndaşı ölüb".

Onun sözlərinə görə, münaqişə zonasından xəstəxanalara 51 yaralı çatdırılıb.

Xatırladaq ki, daha əvvəl Qırğızıstan və Tacikistanın xarici işlər nazirləri atəşkəs barədə razılığa gəliblər. Bu gün yerli vaxtla saat 20:00-dan atəşkəs elan olunub.