Lerikin icra başçısı Ağsuya təyin olundu SƏRƏNCAM


Siyasət 29 Apr 2021 17:04:00 138 0

Lerikin icra başçısı Ağsuya təyin olundu  SƏRƏNCAM

Prezident İlham Əliyev Lerik Rayon İcra Hakimiyyətinin başçısının vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncama əsasən, Rövşən Elmidar oğlu Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin.

Dövlət başçısının digər Sərəncamı ilə Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.