Koronavirusa qarşı nanotexnologiya tətbiq oluna bilər


Digərləri 29 Apr 2021 17:07:00 166 0

Koronavirusa qarşı nanotexnologiya tətbiq oluna bilər

Koronavirusla mübarizədə dünyada peyvənd proqramları sürətlə həyata keçirilərkən elm adamları pandemiyaya son qoyacaq digər həll yolları üzərində də çalışmağa davam edirlər. Bu dəfə alimlər COVID-19"a yoluxmanın və xəstəliyin ağırlaşmasının qarşısını almaq üçün nano texnologiyadan istifadə etməyi planlaşdırırlar.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, alimlər "SARS-CoV-2" virusunu tələyə salaraq məhv edən nano hissəciklər inkişaf etdiriblər.

"Nanotraps" adlanan hissəciklər virusa yoluxmuş hüceyrələri təqlid edərək və "SARS-CoV-2" virusunu cəlb etmək məqsədi daşıyır.

Çikaqo Universiteti Pritzker Molekulyar Mühəndislik Məktəbinin alimləri "SARS-CoV-2"nin hüceyrələrə bağlanma mexanizmini araşdırdıqdan sonra səthlərində yüksək sıxlıqlı "ACE2" zülalı və antikorları olan iki növ nanohissəcik yaradıblar.

Aparılan təcrübələrdə sözügedən nanohissəciklər 10 dəqiqə ərzində inaktiv virusa bağlana və 48 ərzində onu məhv edə bilir.

Bu üsulun təhlükəsizliyi ilk öncə siçanlar üzərində aparılan təcrübələrdə sınaqdan keçirilib. Daha sonra insan ağciyər toxuması hüceyrələrində inaktiv virusa qarşı təbiq olunan texnologiyanın virusun hüceyrələrə girişini tamamilə blokladığı təsbit edilib.

Növbəti mərhələdə alimlər texnologiyanı koronavirusun mutasiyaya uğramış növləri üzərində test etməyi planlaşdırır.

Nanohissəciklərin burun spreyi ilə qəbul ediləcəyi bildirib.

Son.az