Əlillərin əl işlərindən ibarət sərgi


Digərləri 29 Apr 2021 11:44:00 144 0

Əlillərin əl işlərindən ibarət sərgi

Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələri əl işlərini nümayiş etdirib

Son.az Real TV-ə istinadən bildirir ki, bu suvenirlər Peşə-Əmək Reabilitasiya Mərkəzinin yetirmələri tərəfindən hazırlanıb. Artıq mərkəzin məzunlarının əl işlərindən ibarət satış-sərgilərinə başlanıb.

Əl işlərini mərkəzdə 10-dan çox peşə üzrə 3-6 ay müddətində kurs keçən əlilər hazırlayıblar. Oyma sənəti ilə məşğul olan Daşqın Abbasovun sözlərinə görə, artıq 3 ildir ki, hazırladığı suvenirlərdən gəlir əldə edir. Gülbəniz Qurbanova isə toxuçuluq sənətinə uşaqlığıdan maraq göstərdiyini deyir.

Asif Qasımov rəssamdır. 2014-cü ildə oyma kursunu bitirən Asif Qasımov hazırladığı suvenirlərin içərisində özünün ən bəyəndiyi Xarı bülbül saatıdır. Aybəniz Mürsəlova isə 4 ildir mirvari və muncuqlardan müxtəlif əl işləri hazırlayır.

Sərginin təşkil olunmasında əsəs məqsəd əlilliyi olan şəxslərin istedad və bacarıqlarının üzə çıxarılması və bu kateqoriyadan olan vətəndaşların cəmiyyətə inteqrasiyasına yaxından dəstək olmaqdır.

Sərginin ilk alıcıları Dost Agentliyinin idarə heyətinin Sədri Fərid Məmmədov və Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov oldu.

Qeyd edək ki, əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış-sərgilərinin təşkili may ayı ərzində də nəzərdə tutulub.