Əməkdar artist 48 ildir görmədiyi qohumlarını axtarır


Şou-biznes 29 Apr 2021 11:29:00 126 0

Əməkdar artist 48 ildir görmədiyi qohumlarını axtarır

Əməkdar artist Kübra Əliyeva illər əvvəl dünyasını dəyişən əmisinin ailəsini axtarır.

Son.az yenisabah.az-a istinadən xəbər verir ki, aktrisa bunun üçün Zaur Baxşəliyevin "Bizimləsən" proqramına müraciət edib. O bildirib ki, 48 ildir görmədiyi Mirmahmud əmisinin ailəsini axtarır.

Aktrisa əmisinin İranda yaşadığını, hazırda onun dünyasını dəyişdiyini deyib:

"Əmim atamdan böyük olub. İndi əmim uşaqları Əhməd və Məmmədin övladlarını, nəvələrini axtarıram. Bizim hazırda üçüncü nəslimiz gəlir. Bibimin həkim qızı, nəvələri var".