Hacı Nuran Arif Quliyevdən yazdı "Bütün həyatı..."


Kriminal 28 Apr 2021 18:44:00 269 0

Hacı Nuran Arif Quliyevdən yazdı  "Bütün həyatı..."

Aparıcı Hacı Nuran koronavirus xəstəliyinə yoluxan və xəstəxanada həyat mücadiləsi aparan Xalq artisti Arif Quliyev haqqında fikirlərini bölüşüb.

Son.az sia-ya istinadən xəbər verir ki, o, aktyorun səhhətinin yaxşı olmadığını da xüsusi ilə vurğulayıb: "Sənətkarlar haqqında xəstəlik xəbərlərini eşitməyi heç sevmirəm. Axı biz sənətkarları səhnədə görməyə adət etmişik, xəstə çarpayısında yox. Amma nə edəsən ki, sənətkar da insandır və o da xəstələnir, ağrıyır, həkimə möhtac olur. Bu gün həkimə möhtac olanlardan biri də Xalq artisti Arif Quliyevdir.

Gülüş ustası da dünyanı cənginə alan koronavirus xəstəliyinə yoluxdu. Oğlunun dediyinə görə, aktyorun vəziyyəti ağırdır. Hazırda xəstəxanada olan aktyor süni nəfəs aparatına qoşulub.

Düzü, çox pis oldum. Çünki nədənsə, həmişə mənə elə gəlib ki, Arif Quliyev heç vaxt xəstələnə bilməz. Hər zaman gülməli və güldürməlidir.