Uzun illər baxımsız qalıb paslanan, şanlı ordumuz tərəfindən azadlığa qovuşan Cəbrayıl lövhəsi FOTO


Siyasət 28 Apr 2021 17:50:24 144 0

Uzun illər baxımsız qalıb paslanan, şanlı ordumuz tərəfindən azadlığa qovuşan Cəbrayıl lövhəsi  FOTO

"Cəbrayıla xoş gəlmişsiniz" - Bu lövhə insanları Cəbrayıla gələn zaman qarşılayır. Üzərində taxıl və üzüm salxımı olan lövhə, bu ərazinin necə zəngin təbiətə malik olduğunun rəmzidir.

Son.az Trend-ə istinadən bildirir ki, sözügedən lövhə Cəbrayıl rayonunun girişində, Cocuq mərcalı kəndinin yaxınlığında yerləşir. Uzun illər idi düşmən löhvənin yerləşdiyi əraziyə nəzarət etdiyi üçün, insanlar həmin yerə gedə bilmirdi.

Azərbaycan xalqı uzun illərdən sonra Cəbrayıl lövhəsini 2016-cı ilin aprel döyüşlərindən sonra gördü. Belə ki, Cocuq Mərcanlı azadlığa qovuşandan sonra əsgərlərimiz "Xoş gəlmişsiniz" lövhəsinə bayraq sancmağı da bacarmışdılar.