Azərbaycanda Bolqarıstana qaz bu tarixdə nəql olunacaq


Digərləri 28 Apr 2021 17:49:00 178 0

Azərbaycanda Bolqarıstana qaz bu tarixdə nəql olunacaq

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi tikinti işlərinin ləngiməsi və sürətinin azalmasına baxmayaraq inkişafını davam etdirir.

Son.az Trend-ə istinadən bildirir ki, proqnozlara əsasən, qaz kəməri 2021-ci ilin sonunadək istifadəyə verilməlidir:

"Əvvəlcə IGB layihəsinin 2020-ci ilin sonunadək başa çatdırılması planlaşdırılırdı. Amma boru istehsalı və tədarükü müqaviləsi üzrə podratçı seçimi prosedurları uzandığı üçün, eləcə də tam maliyyəlşmənin təmin olunması zərurəti ilə əlaqədar tikinti müqaviləsi 2019-cu ilin oktyabrında imzalanıb".

Qeyd olunur ki, 2021-ci il fevralın əvvəlindən tikintinin razılaşdırılmış müddətlərində ləngimələr barədə məlumatlar daxil olur. Bu da Bolqarıstanda koronavirusla bağlı fövqəladə vəziyyətlə əlaqədar qeydə alınıb.