40 erməninin türk ailəsinə hücumu ilə bağlı


Dünya 28 Apr 2021 13:33:00 120 0

40 erməninin türk ailəsinə hücumu ilə bağlı

Fransanın Sen-Dye-de Voj şəhərində ermənilərdən ibarət 40 nəfərlik qrupun türk ailəsinə etdikləri hücumun təfərrüatları bəlli olub. Məlum olub ki, hücum edənlər arasında Qarabağda gedən müharibədə iştirak edən erməni də var.

Sosial şəbəkədə yerləşdirilən bu xəbər izləyicilərin kəskin narazılığı ilə qarşılanıb. Co Baydenin qondarma erməni soyqırımını tanımasından sonra ilhamlanan ermənilərdə türkofobiya əhval-ruhiyyəsi daha da güclənib.

İzləyicilər "axı türk ailəsinin günahı nədir" deyə ermənilərin atdığı addımı sərt tənqid ediblər. Qarabağda üzləşdiyi biabırçı məğlubiyyətin qisasını türk ailəsindən almağa çalışan erməni barədə ümid etmək olar ki, rəsmi Paris hansısa bir addımı atacaq.

Xatırladaq ki, gərginliyin yaranmasına səbəb aprelin 24-də bir erməni ilə bir türk arasında kiçik mübahisə olub. Mübahisədən sonra problemin həll olunduğunu deyən Türkiyə vətəndaşı 40-a yaxın ermənin yaxın qohumunun ailəsinin evinə hücum çəkdiyini bildirib. Hücum zamanı 4 nəfər yaralanıb. Bundan əlavə, erməni qrupu hadisə yerindən qaçarkən silahla havaya atəş açıb.

Kamran Son.az