Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının kursu başa çatıb


Siyasət 28 Apr 2021 13:47:00 109 0

Türkiyədə Azərbaycan xüsusi təyinatlılarının kursu başa çatıb

Azərbaycan ordusunun hərbçiləri Türkiyənin İsparta vilayətində yerləşən Xüsusi Təyinatlılar Məktəbi ilə Terrorla Mübarizə üzrə Təlim və Tədris Mərkəzi Komandanlığının "Xüsusi təyinatlılar kursu"nu uğurla başa vurub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd olunub ki, kurslar 6 həftə davam edib.

Kursu başa vuran hərbçilər üçün bağlanış mərasimi təşkil edilib.