Arif Quliyevin vəziyyəti daha da ağırlaşdı


Digərləri 28 Apr 2021 13:50:00 167 0

Arif Quliyevin vəziyyəti daha da ağırlaşdı

Koronavirus infeksiyasına yoluxan Xalq artisti Arif Quliyevin vəziyyəti daha da ağırlaşıb.

Bu barədə Son.az-a Xalq artistinin oğlu Rövşən Quliyev məlumat verib:

"Süni tənəffüs aparatındadır. Qızdırması qalxıb, vəziyyəti daha da ağırlaşıb. Dua edirik...".

Xatırladaq ki, Xalq artisti Arif Quliyev bir müddət əvvəl koronavirusa yoluxub. Onun vəziyyəti sonradan ağırlaşıb və aktyor "Yeni klinika"ya yerləşdirilib.

Təhməz Əsədov Son.az