"Bakı Kart"ın balansını nə zaman onlayn artırmaq mümkün olacaq?


Digərləri 28 Apr 2021 13:01:00 156 0

"Bakı Kart"ın balansını nə zaman onlayn artırmaq mümkün olacaq?

Bu ilin sonuna qədər "Bakı Kart"ın balansını onlayn artırmaq mümkün olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimli deyib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər pandemiyaya görə gecikib.

"Ötən il ərzində bu işin həyata keçirilməsi nəzərdə tutulurdu, lakin pandemiyaya görə yubandı. Bu il yekunlaşdırmağa çalışırıq".