"Parkovşik"lərin bizə aidiyyəti yoxdur, onların arxasında müəyyən himayədarlar var


Digərləri 28 Apr 2021 13:12:00 163 0

"Parkovşik"lərin bizə aidiyyəti yoxdur, onların arxasında müəyyən himayədarlar var

"Parkovşik" adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyəti yoxdur. Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarlar var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır.

"Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söz gedə bilməz. BNA tərəfindən hər hansı parklanma yerində duran şəxsə vəsiqə verilməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib".