Araz Ağalarov Müslüm Maqomayev haqqında “Vidalaşmadan, səssizcə səhnədən getdi...”


Kriminal 28 Apr 2021 11:34:00 214 0

Araz Ağalarov Müslüm Maqomayev haqqında  “Vidalaşmadan, səssizcə səhnədən getdi...”

"Müslüm Maqomayev məndən 13 yaş böyükdür, səhnədən uzaqlaşanda qəfildən özünü tək hiss etdi, onunla Moskvada yaxınlaşdıq. Tamaşaçılar yenə də ona pərəstiş edirdilər, amma Maqomayev şöhrət zirvəsində olarkən ətrafında olan sözdə dostlar dərhal itdi və bu zaman onun mənəvi dəstəyə ehtiyac duyduğunu hiss etdim. O zaman həqiqətən yaxınlaşdıq".

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyada yaşayan azərbaycanlı iş adamı Araz Ağalarov "TASS"a müsahibəsində SSRİ Xalq artisti Müslüm Maqomayevlə dostluğundan söhbət açarkən deyib.

İş adamı məşhur opera ifaçısının səhnədən uzaqlaşarkən dostlarının onu tərk etdiyini bildirib.

"50 yaşında səhnə fəaliyyətini dayandırdı, vidalaşmadan səssizcə getdi, bundan əvvəl isə heç bir qastrol təşkil etmədi. Baxmayaraq ki, son günlərə qədər tələb olundu. Heç kim onun səsi ilə özünü müqayisə edə bilməzdi",- deyə Araz Ağalarov əlavə edib.

"Maqomayevlə necə dost oldunuz?"- sualına isə biznesmen belə cavab verib: "Hələ telefon stansiyasında işləyəndə Bakıda ünsiyyət qurmağa başladıq. Müslüm Sinyavskaya ilə evlənməzdən əvvəl romantik bir münasibət dövrü keçirdilər. Tamara Moskvada, daha sonra Milanda idi. Maqomayev məni çağırdı və kədərli bir səslə dedi: "Araz, narahat etdiyim üçün bağışla, amma sadəcə əlaqə qura bilmirik. Kömək edə bilərsən?"

Bunu məndən istəməsi çətin idi, utanırdı, amma mən sevinclə sevgililəri birləşdirdim".

İş adamı Azərbaycanın Rusiyadakı səfirliyinin binası yaxınlığında qoyulan Maqomayevin heykəli barədə də danışıb: