Birbirini bıçaqladılar


Digərləri 28 Apr 2021 11:24:00 147 0

Birbirini bıçaqladılar

Bakıda iki kişi bir-birini bıçaqlayıb.

Son.az xəbər verir ki, gecə saat 12 radələrində Nəsimi rayonunda baş verib.

Küçədə mübahisə edən iki kişi sonda bıçağa əl atıblar. 33 yaşlı Telman Nadirov münaqişə zəminində 26 yaşlı Sudef Abbaszadənin qarnından bıçaqla vurub.

S.Abbaszadə də T.Nadirovu sinəsindən bıçaqlayıb. Onlardan biri 5 saylı, digəri isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.