Azad edilən ərazilərdə təbiət yasaqlıqlarının ümumi sahəsi


Digərləri 28 Apr 2021 10:27:00 174 0

Azad edilən ərazilərdə təbiət yasaqlıqlarının ümumi sahəsi

İşğaldan azad edilən ərazilərdə iki dövlət təbiət qoruğu - Qaragöl və Bəsitçay dövlət təbiət qoruğu var.

Son.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O qeyd edib ki, bundan başqa ərazidə 4 dövlət təbiət yasaqlığı - Laçın, Daşaltı, Arazboyu və Qubadlı yasaqlığı var. Bunların ümumi sahəsi 43 min hektardır.

Laçın və Qubadlı ərazisinə ən böyükləridir. Onların ərazisi hər biri 20 min hektardır. Arazboyu 2200 hektar, Daşaltı 450 hektardır. Bəsitçay Dövlət Təbiət Qoruğu 107 hektar, Qaragöl isə 240 hektar əraziyə malikdir".