Bu ölkədən inanılmaz addım "Ağıllı ordu" yaradır


Dünya 28 Apr 2021 10:04:00 158 0

Bu ölkədən inanılmaz addım  "Ağıllı ordu"  yaradır

İsrail tanklara və robotlara döyüş meydanlarında hərəkət etmək və düşmən hədəflərini tapmağa kömək etmək üçün süni intellekt üzərində işləyir.

Son.az axar.az-a istinadən xəbər verir ki, "Afina" (qədim yunan tanrısı) adlanan süni intellekt "İsrael Aerospace İndustries" şirkəti tərəfindən yaradılacaq. "Afina"nın yaxın 10 il ərzində hazır olacağı bildirilir.

Süni intellektin istifadəsini də araşdıran İsrail ordusunun zabitləri texnologiyanın bəzi aspektlərinin gələn ilə kimi istifadəyə hazır ola biləcəyini söyləyiblər.