Pelin Karahanın lüks malikanəsindən


Şou-biznes 27 Apr 2021 16:34:00 142 0

Pelin Karahanın lüks malikanəsindən

Aktrisa Pelin Karahan və həyat yoldaşı Bedri Güntay evinin qapılarını "InStyle Home" jurnalına açıblar.

Son.az axşam.az-a istinadən xəbər verir ki, dəbdəbəli evini nümayiş etdirən cütlüyün üçmərtəbəli lüks malikanəsi 450 kvadratmetrdir. 5 otaqlı evin geniş həyəti və hovuzu da var.

Birinci mərtəbədə ev sahiblərinin yataq, makiyaj və geyinmə otağı mövcuddur. Cütlük evlərinə iki illik təmirdən sonra ötən il köçüblər. Aktrisanın evində müxtəlif janrda işlənmiş sənət əsərləri də var.

Onlar bu evdə oğulları Ali Demir və Canla yaşayırlar. Sözügedən mülk Acarkent ərzisində yerləşir.