"Baxmaram nənəm yaşdasan, səni döyərəm”


Şou-biznes 27 Apr 2021 16:24:00 131 0

"Baxmaram nənəm yaşdasan, səni döyərəm”

İş adamı Hakan Sabancı ilə eşq yaşadığını təsdiqləmək üçün onunla olan mesajlarını internetdə yayımlatdıran aktrisa Aygün Aydın bu dəfə də başqa qalmaqalla gündəmə gəlib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktrisa bu dəfə onu tənqid edən "Söylemezsem olmaz" verilişinin aparıcıları Bircan Bali, Arto və Seren Serengili hədəf alıb.

O, yolda avtomobil idarə edərkən proqramda haqqında danışıldığını eşidib və bir video çəkərək yayımlayıb. Görüntülərdə aktrisa aparıcılara söyüş söyüb və təhqir edib.  Seren Serengilin ünvanına isə "Baxmaram nənəm yaşındasan, səni döyərəm" deyə, sərt formada fikirlər səsləndirib.