Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilir, sədr seçiləcək


Siyasət 27 Apr 2021 16:15:00 118 0

Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilir, sədr seçiləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilir.

Son.az Trend-ə istinadən bildirir ki, iclasda təşkilati məsələlərə baxılır, həmçinin MSK üzvləri komissiyanın sədrini və katibini seçəcəklər.

Sədr vəzifəsinə Məzahir Pənahovun, katib vəzifəsinə isə Arifə Muxtarova və Mikayıl Rəhimovun namizədliyi irəli sürülüb.

Qeyd edək ki, MSK üzvlərinin səlahiyyət müddəti bitdiyindən Komissiya yenidən formalaşdırılıb. Bu gün Milli Məclis Mərkəzi Seçki Komissiyasının yeni tərkibini təsdiq edib.