AİB Azərbaycana ayrılan kreditin həcmini açıqlayıb


Digərləri 27 Apr 2021 14:07:00 156 0

AİB Azərbaycana ayrılan kreditin həcmini açıqlayıb

2021-ci ilin əvvəlində Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üçün təsdiqlənmiş kredit vəsaitlərinin həcmi 2,68 milyard dolları keçib.

Son.az bu barədə AİB-in 2020-ci il üzrə hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, həmin məbləğin 2,52 milyard dolları və ya 93,7 faizi artıq müxtəlif layihələrin maliyyələşdirilməsi üçün istifadə olunub. Kredit məbləğinin 168 milyon dolları və ya 6,3 faizi hələlik istifadə olunmamış qalır.

Qeyd edək ki, Azərbaycan üçün ayrılan kredit vəsaitləri bankın ümumi kredit portfelinin 1,44 faizini təşkil edir.