Ruslar dollardan imtina edir


Dünya 27 Apr 2021 11:14:00 104 0

Ruslar dollardan imtina edir

ABŞ tərəfindən artan sanksiyalar fonunda Rusiya dollardan tədricən imtina etməyə başlayıb.

Son.az xəbər verir ki, bu barədə "Bloomberg" xəbər yazıb. Qeyd olunur ki, ixrac əməliyyatlarında dollarla hesablaşma 50 faizdən 48-ə düşüb. İl əvvəl isə bu rəqəm 61 idi. Səbəb də, Rusiyanın Çinlə ticarət dövriyyəsini artırması göstərilir. Son aylar Rusiya hakimiyyət orqanları iqtisadiyyatı Amerika müdaxiləsindən izolə etməyə çalışır.

Kamran Son.az