HƏKİMLƏR ŞOKDA:


Dünya 27 Apr 2021 10:54:00 114 0

HƏKİMLƏR ŞOKDA:

Moskvada ötən gecə 11 yaşlı qız 12-ci mərtəbədən yıxılıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, yuxulu vəziyyətdə mənzilin pəncərəsindən yıxılan qız həkimlərə küçədə oyandığını bildirib.

Azyaşlıya çiyninin çıxması və baş nahiyəsində zədələnmə diaqnozu qoyulub.

Anasının dediyinə görə, qızı tez-tez otaqda yuxu gəzirmiş: "Adətən yataqdan yıxılırdı. Həmin axşam otağa girdim, qızım yerində deyildi. Sonra pəncərədən çölə baxarkən onun yerdə yatdığını gördüm".

Qeyd edək ki, xəstəxanaya yerləşdirilməzdən əvvəl qızın şüuru özündə olub, Təcili yardım xidmətinin həkimləri ilə söhbət edib.