Cavanşir Məmmədov botoks etməyə hazırlaşır


Şou-biznes 27 Apr 2021 11:09:00 113 0

Cavanşir Məmmədov botoks etməyə hazırlaşır

"Respublikada birinci saç əkdirən Cabbar Musayev olub. Ardınca isə Vasif Məhərrəmli və Elariz Məmmədov etdirib. Dördüncü mən olmuşam. O vaxt bəzi adamlar bu məsələ ilə bağlı üzümüzə yox, arxamızca belə fikir irəli sürüdülər ki, kişi niyə saç əkdirir? Bəyəm saç əkdirmək kişiliyi təsdiq edən bir şeydir?".

Mİlli.Az yenisabah.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Cavanşir Məmmədov "10-da görüşək" proqramında deyib. İfaçı gələn ay estetik əməliyyat olunacağını bildirib: 

"Əgər avtomobil qəzası olarsa, baş dərisinin bir hissəsini itirsən, onu yenidən bərpa etmək üçün kosmetoloji müdaxilə etdirməlisən. Burda nə var ki?! Mənim göz qapaqlarımın yuxarı hissəsi sallanır. May ayında düzətdirəcəm. Niyə etdirməyim ki? Artıq sənət yoldaşlarımdan da bəziləri bunu etdirib. Adlarını çəkmirəm. Botoks etdirməmişəm, həkim dedi ki, əməliyyatdan sonra baxacam, ehtiyac olarsa, onu da edəcəm".