İtaliyada aylar sonra karantin yumşaldıldı Hovuzlar, idman salonları açılacaq


Dünya 26 Apr 2021 17:30:00 169 0

İtaliyada aylar sonra karantin yumşaldıldı  Hovuzlar, idman salonları açılacaq

İtaliyada aylar sonra karantin qaydaları yumşaldılıb.

Son.az sfera.az-a istinadən bildirir ki, ölkədə bu gündən etibarən məktəblər, restoranlar, barlar, kinozallar və konsert salonları qismən açılıb.

Ölkədəki bölgələrin dörddə üçünün aşağı riskli olduğu elan edilib. Həmçinin qeyd edilib ki, təxminən 50 milyon insan ölkədaxilində rahatlıqla səyahət edə biləcək. Barlar və restoranlara açıq havada xidmət göstərilməsinə icazə verilib. Aşağı riskli bölgələrdə məktəblərdə qismən tədrisə başlanılıb, kinozallar, teatrların isə bir qismi açılıb. Hovuzlarının, idman salonlarının, əyləncə parklarının da tədricən 1 iyula qədər açılacağı bildirilib.