"Sputnik"in "Marqo"su


Dünya 26 Apr 2021 13:31:00 157 0

"Sputnik"in "Marqo"su

RT-nin baş redaktoru Marqarita Simonyan teleqram kanalında ABŞ prezidenti tərəfindən 1915-ci il hadisələrinin "soyqırımı" (qondarma - red.) kimi tanınmasına toxunub.

Son.az ordu.az-a istinadən xəbər verir ki, o, ABŞ yüz il ərzində bunu tanımadığını bəyan edib.

"Açıq olanı qəbul etmirdilər. Çünki geosiyasi konyuktura bu cür idi. Bu, ermənilər üçün nədir? Hədiyyə? Bayram? Başsağlığı? Xeyr. Bu, qırıntıdır, mənim xalqım isə qırıntılardan xoşbəxt olmur. Hər halda, mən bununla sevinməyimizi istəmirəm", - deyə o qeyd edib.

Simonyan ABŞ-ın 44 günlük müharibə zamanı harada olduğu ilə bağlı sual ünvanlayıb.