Masallı sakini icra hakimiyyəti binasının qarşısında intihara cəhd edib


Digərləri 26 Apr 2021 13:09:00 182 0

Masallı sakini icra hakimiyyəti binasının qarşısında intihara cəhd edib

https://apa.az/az/hadise/Masalli-sakini-icra-hakimiyyti-binasinin-qarsisinda-intihara-chd-edib-640120

Masallıda intiharın qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, rayon icra hakimiyyətinin inzibati binasının qarşısında şəhər sakini E.Babayev gətirdiyi yanacağı üzərinə tökərək özünü yandırmağa cəhd göstərib.

Rayon Mühafizə Bölməsi əməkdaşlarının müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb və o, saxlanılaraq Rayon Polis Şöbəsinə təhvil verilib.

E.Babayev izahatında əmisi oğlu R.Babayevin onu təhqir etdiyi üçün intihar etməyə cəhd göstərdiyini bildirib.

Faktla bağlı araşdırmalar aparılır.