Bağdad хəstəxanasında baş verən yanğının təfərrüatları açıqlanıb


Dünya 25 Apr 2021 22:00:00 146 0

Bağdad хəstəxanasında baş verən yanğının təfərrüatları açıqlanıb

22:00

Bağdad xəstəxanasında onlarla insanın həyatına son qoyan yanğın üç dəqiqə ərzində yayılıb və insanların qaçması üçün heç bir fürsət olmayıb.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın Daxili İşlər Nazirliyi məlumat verib.

Qurum rəsmisi bildirib ki, İraq paytaxtının cənub-şərqindəki İbn əl-Xətib xəstəxanasında baş verən faciənin cinayət tərkibi yoxdur: "Bu, səhlənkarlıqdan qaynaqlanan bir qəza idi". Hadisənin dəqiq səbəbi istintaq tərəfindən hələ müəyyən edilməyib, lakin ilkin araşdırmada yanğının qısa qapanmadan yarana biləcəyi ehtimal edilir.

Ölkə DİN rəsmisi yanğın qurbanlarının sayının 82 nəfər olduğunu açıqlayıb, 110 nəfər yaralanıb. İraq mediası ölənlərin sayının 88, bəzi millət vəkilləri və insan haqları üzrə fəallar isə 100-dən çox olduğunu bildirib.

---------

16:45

İraqın paytaxtı Bağdad şəhərindəki xəstəxanada baş verən yanğın nəticəsində ən az 82 nəfər ölüb, 110 nəfər yaralanıb.