Oruc süfrələrinin bəzəyi, cənnət meyvəsi


Digərləri 25 Apr 2021 21:49:00 270 0

Oruc süfrələrinin bəzəyi, cənnət meyvəsi

Ramazan ayında sahur və iftar süfrələrini xurmasız təsəvvür etmək qeyri-mümkündür. Tərkibində karbohidrat olduğuna görə xurmanı sahurda yemək məsləhətdir, çünki uzun müddət toxluq hissi yaradır.

Cənnət meyvəsi hesab olunan xurma həzm sistemini yaxşılaşdırır, beynin fəaliyyətinə müsbət təsir göstərir, yaddaşı möhkəmləndirir, yorğunluğu aradan qaldırır.

Son.az bildirir ki, həkim-terapevt Taleh Abbasov AZƏRTAC-a deyib: "Xurmanın orqanizmdə xolesterini aşağı salmaq qabiliyyəti var. Qan dövranını yaxşılaşdırır, ürəyi qoruyur, və beyin-qan dövranı üçün çox faydalıdır. Sümük-oynaq sistemini möhkəmləndirir. Hamilələr üçün də onunla qidalanmaq faydalıdır".

Xurma dərini gözəlləşdirir, yaşlanmanın qarşısını alır və saçların qidalanmasına kömək edir. Gündə dörd xurma yemək immuniteti gücləndirir.