Bəzi Avropa ölkələrində gözəllik salonlarının ziyarət edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir


Dünya 25 Apr 2021 21:29:00 132 0

Bəzi Avropa ölkələrində gözəllik salonlarının ziyarət edilməsi ilə bağlı yeni qaydalar qüvvəyə minir

Bu gündən etibarən Çexiya, Slovakiya və Sloveniyada gözəllik salonlarının ziyarət edilməsi ilə əlaqədar olaraq yeni qaydalar qüvvəyə minir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu müəssisələr açıq qalacaq, lakin pandemiyanın yeni dalğasının qarşısının alınması məqsədilə işçilər və müştərilər üçün yeni qaydalar nəzərdə tutulur.

Birincisi, hər kəsin yanında qoruyucu FFP2, KN95 və ya N95 maska olmalıdır. Artıq cərrahi maskanın istifadəsinə icazə verilmir. Bundan əlavə, müştəri son 24 saat ərzində verilmiş COVID-19 testinin mənfi nəticəsini təqdim etməlidir. Bu PZR-testi və ya ekspress-test ola bilər.

Salonların işçiləri isə həftədə iki dəfə testdən keçməlidirlər.