Bu qidalar alzheimer riskini artırır


Digərləri 25 Apr 2021 16:01:00 147 0

Bu qidalar alzheimer riskini artırır

Böyük Britaniya alimlərinin araşdırmalarına görə işlənmiş və çiy ət məhsulları insanlarda alzheimer xəstəliyi yaradır.

Son.az Axşam.az-a istinadən bildirir ki, bu qidanın gündəlik 25 qram qəbulu alzheimer riskini yüzdə 44%-ə qədər artırır.

Üzərində təcrübə keçirilən insanlar işlənmiş ət yeyən və yeməyənlər olmaqla iki qrupa bölünüblər. 8 il müddətində 500 min adam bu sınaqlarda iştirak edib.

Tədqiqatlar göstərib ki, xəstəlik daha çox siqaret çəkən, hərəkətsiz qalan, idman etməyən, o cümlədən piylənməyə meyilli insanlarda daha tez və sürətlə artır.

Alimlər bu araşdırmanı alzheimer xəstəliyinin ən ağır fəsadı kimi dəyərləndirirlər.

İşlənmiş ət beyin başda olmaqla, bir çox orqanlara mənfi təsir edir. Gündə 50 qram işlənməmiş ətin qəbulu isə, alzheimer riskini yüzdə 19 %-ə dək azaldır.

Son.az