Albaniyada parlament seçkilərində səsvermə başlayıb


Dünya 25 Apr 2021 11:42:00 136 0

Albaniyada parlament seçkilərində səsvermə başlayıb

Albaniyada Xalq Məclisinə (bir palatalı parlament) seçkilərdə səsvermə başlayıb.

Son.az APA-ya istinadən bildirir ki, yerli vaxtla 07: 00-da respublika ərazisində 5 mindən çox seçki məntəqəsi açılıb. Səsvermə yerli vaxtla 19: 00-da başa çatacaq.

Ölkənin 18 yaşdan yuxarı vətəndaşları - təxminən 3,6 milyon nəfər - aktiv və passiv seçki hüququna malikdirlər.

Məlumatda bildirilir ki, Albaniyanın daimi əhalisi təqribən 2,9 milyon nəfərdir, çünki bir çox alban ölkədən kənarda yaşayır. Bununla yanaşı, ölkənin MSK-nın yaydığı məlumata görə, bu il təxminən 130 min insan koronavirus infeksiyası və ev karantinində, xəstəxanalarda qaldığına görə səs verə bilməyəcək.

140 deputat mandatı uğrunda 46 siyasi partiya və üç koalisiyanın nümayəndələri mübarizə aparacaqlar.