Braziliyada koronavirusdan ölənlərin sayı 390 minə çatır


Dünya 25 Apr 2021 09:15:00 117 0

Braziliyada koronavirusdan ölənlərin sayı 390 minə çatır

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 71 137 nəfər yoluxub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 14 308 215 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 3 076 nəfər ölüb, ölənlərin ümumi sayı 389 492 nəfər təşkil edir.