Bakıda qadın əri tərəfindən bıçaqlanıb


Kriminal 25 Apr 2021 09:19:00 134 0

Bakıda qadın əri tərəfindən bıçaqlanıb

Bakının Sabunçu rayonunda qadın mübahisə zəminində bıçaqlanıb.

Son.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

1997-ci il təvəllüdlü Hacıyeva Aygün Səddrəddin qızı əri ilə mübahisə edən zaman qarın və bədən nahiyələrindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.