Türkiyədə son sutkada koronavirusdan 52 297 nəfər sağalıb


Dünya 25 Apr 2021 08:28:00 113 0

Türkiyədə son sutkada koronavirusdan 52 297 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 339 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, koronavirusdan ölənlərin ümumi sayı 38 011 nəfərə çatıb.

Bildirilib ki, ölkədə 40 596 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 4 591 416 nəfərə çatıb.