ABŞın Türkiyədəki diplomatik idarələri müvəqqəti bağlanır


Dünya 25 Apr 2021 07:34:00 110 0

ABŞın Türkiyədəki diplomatik idarələri müvəqqəti bağlanır

ABŞ-ın Türkiyədəki səfirliyi və konsulluğu mümkün etiraz aksiyaları səbəbindən "təhlükəsizlik tədbirləri" qismində bazar ertəsi və çərşənbə axşamı günləri bağlı olacağını elan edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə diplomatik idarənin yaydığı press-relizdə bildirilir.

Məlumatda qeyd olunur ki, ABŞ Prezidentinin qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatından sonra nümayiş və yaxud etiraz aksiyaları keçirilə bilər. Bu səbəbdən ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı baş konsulluğu, Adanadakı konsulluğu və İzmirdəki konsulluq agentliyi aprelin 26-da və 27-də işləməyəcək.

Təcili yardıma ehtiyacı olan ABŞ vətəndaşlarına diplomatik idarələrlə telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlamaq tövsiyə edilir.