Bağdadda xəstəxanada partlayış olub, çox sayda ölənlər və yaralananlar var


Dünya 25 Apr 2021 07:44:00 135 0

Bağdadda xəstəxanada partlayış olub, çox sayda ölənlər və yaralananlar var

İraqın paytaxtı Bağdad şəhərinin cənubunda koronaviruslu xəstələr üçün xəstəxanada partlayış və yanğın baş verib.

Trend-in "Baghdad Al Youm" portalına istinadən verdiyi məlumata görə, partlayış və yanğın nəticəsində azı 28 nəfər həlak olub, 50 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, hadisə yerinə 20-dən artıq yanğınsöndürən briqada cəlb edilib. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.

Bildirilir ki, ölən və yaralananların sayı arta bilər.