Azərbaycan koronovirusun yeni dalğası ilə üzüzə qala bilər


Digərləri 24 Apr 2021 12:30:00 147 0

Azərbaycan koronovirusun yeni dalğası ilə üzüzə qala bilər

"Hazırda ölkədə COVİD-lə bağlı vəziyyət heç də normal deyil".

Bunu Son.az-a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.

İnfeksionist bildirib ki, yoluxanların sayında kəskin artım yenidən təkrarlana bilər:

"İstər COVİD-ə yoluxanların sayı günü-gündən artır, istər ağırlaşmış xəstələrin sayı, istərsə də ölüm sayı sürətlə artır. Vaksinasiya hələ öz effektini göstəmir. Koronavirusun yeni variantları ortaya çıxdı. İnsanlar arasında da yeni ştammı yayılması, üstəlik də onlarda da özlərinə məxsus yeni əlamətlər formalaşması vaksinasiyanın effektivliyinə təsirsiz ötüşmür. 

Yoluxanların sayında kəskin artım yenidən təkrarlana bilər. Xəstəliyin stabil olaraq nəzarətdə saxlanılması vaksinasiyadan asılı deyil. Vaksinasiyadan asılıdır deyib, xəstəliyi gözardı etmək, məsuliyyətsiz yanaşmaq olmaz. Yenə də insanlar özlərini təcrid etsinlər, yüngül bir simptomlar müşahidə edən kimi həkimə müraciət etsinlər, çalışsınlar evdə müalicədən qaçsınlar. Yəni fərdi məsuliyyəti artırmaqla ancaq bu şəkildə xəstəliyi kontrolda saxlamaq mümkündür".