Sprey formasında koronavirus vaksini sınaqdan keçirilir


Dünya 24 Apr 2021 12:12:00 155 0

Sprey formasında koronavirus vaksini sınaqdan keçirilir

Honq Konq Universitetində burun spreyi şəklində koronavirus vaksini hazırlanır.

Son.az Trend-ə istinadən bildirir ki, hazırda vaksin ilkin kliniki sınaq mərhələsindədir.

Sınaqlarda 10 nəfər könüllü iştirak edib. Preparatın 2-3 il ərzində istifadəyə hazır olacağı bildirilib.

Bu vaksin körpələr də daxil olmaqla bütün yaş qruplarından insanlar üçün nəzərdə tutulub.

Mütəxəssislər qeyd edir ki, bu vaksinin yeganə yan təsiri qısamüddətli baş ağrısı və burun tutulması ola bilər.